"Lüksemburq və Azərbaycanla oyunlarda böyük çətinliyimiz olmayacaq"

01:01 - 5 Oktyabr 2021

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi Serbiya yığmasının qapıçısı Predraq Raykoviç komandamızla keçirəcəkləri matç barədə danışıb. 

 

Sportal.az xəbər verir ki, 25 yaşlı qolkiper bunları deyib: 

 

"Lüksemburq və Azərbaycanla oyunlarda böyük çətinliyimiz olmayacaq. Komandamız hər iki matçda nəzarəti əlində saxlamalıdır. Keyfiyyətli komandamız var və bunu qrupdakı digər qarşılaşmalarda göstərmişik. Hazırda yaxşı formadayam. İnanıram ki, qarşıdakı matçlarda qapımızın toxunulmazlığını qoruyacağam".

 

Serbiya millisi oktyabrın 12-si Azərbaycan yığmasını qəbul edəcək.

Xəbər xətti