Yanuzay "Fənərbaxça"nın hədəfində

19:19 - 6 Oktyabr 2021

"Real Sosyedad"ın hücumameyilli yarımmüdafiəçisi Adnan Yanuzay "Fənərbaxça"nın transfer hədəfindədir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Belçika millisinin üzvünü qış fasiləsində almağa çalışacaq. La Liqa klubunun 26 yaşlı futbolçunu mövsümün ortasında satıb-satmayacağı isə məlum deyil. "Fənərbaxça" bu keçidi qışda həll edə bilməsə, yayda yenidən hərəkətə keçəcək.

 

Kosovo əsilli futbolçu bu mövsüm 10 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Onun "Real Sosyedad"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Xəbər xətti