“Səfərdə bu hesabla qalib gəlmək çox gözəldir”

22:41 - 9 Oktyabr 2021

“Qalib gəlməyimiz önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur. Azərbaycan çox təhlükəli rəqibdir. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldir".

 

Sportal.az xəbər verir ki, bu sözləri İrlandiya yığmasının baş məşqçisi Stefen Kenni DÇ-2022-nin seçmə mərhələsində millimizə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.


“Birinci hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci hissədə ağıllı oynadıq. Üçüncü qolu daha tez vura bilərdik, amma sonuncu dəqiqədə gəldi. Əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq”, - deyə o bildirib.

Xəbər xətti