İrlandiya yığmasının hücumçusu Çidozi Oqbene DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, görüşdə son qolun müəllifi olan futblçu 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra qələbəyə layiq olduqlarını bildirib:
“Komandada əhval-ruhiyyə əladır. Rəqib meydanında 3:0 hesablı qələbə hamımız üçün yaxşı oldu. Qalibiyyətə layiq idik. İlk qolumu vurduğum üçün şadam. Bizim üçün xüsusi gecə idi. Özümə güvənirəm. Baş məşqçi də məni uzun müddətdir izləyir. Azərbaycan millisi bu gün topla yaxşı oynadı və bizə çətinlik yaratdı. Sevinirəm ki, sonda sevinən tərəf biz olduq”.
saytlarin hazirlanmasi