Serbiya yığmasında millimizlə oyun öncəsi daha bir itki

12:54 - 10 Oktyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Serbiya yığması daha bir itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Filip Curiçiç oktyabrın 12-də millimizlə Belqradda keçiriləcək görüşdə iştirak etməyəcək. O, Lüksemburqla matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

 

İtaliyanın "Sassuolo" klubunun  28 yaşlı yarımmüdafiəçisi görüşün 45+3-cü dəqiqəsində seçmə mərhələdəki ikinci sarı vərəqəsini alıb. 

 

Lüksemburqla oyunda sarı vərəqə alan Strahinya Pavloviç də cəzalı duruma düşdüyündən yığmamıza qarşı oynamayacaq.

Xəbər xətti