”Fiorentina”nın futbolçusu millimizlə oyunu buraxacaq

22:50 - 11 Oktyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində Serbiya yığması Azərbaycanla matça daha bir itki ilə çıxacaq. 


Sportal.az xəbər verir ki, müdafiəçi Nikola Milenkoviç sabahkı görüşü buraxmalı olacaq. Zədə səbəbindən iki gün əvvəl Lüksemburqla (1:0) oyunda iştirak etməyən mərkəz müdafiəçisinin millimizlə matça qədər sağalması gözlənilirdi. Lakin İtaliya mətbuatında "Fiorentina"nın futbolçusunun sabah meydana çıxmayacağı yazılıb.


Sabah baş tutacaq Serbiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti