“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Kayrat”ın zədəli futbolçusu Yatsek Quralski sağalıb.
Sportal.az xəbər verir ki, polşalı yarımmüdafiəçinin komanda ilə məşqlərə qoşulduğu bildirilib. Quralski “Kayrat”ın “Qarabağ”a qarşı keçirəcəyi Konfrans Liqası matçında iştirak edə bilər.
Oktyabrın 21-də Bakıda keçiriləcək “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlayacaq.
saytlarin hazirlanmasi