Futbolda hissələr arasındakı fasilə uzadılır?

16:01 - 16 Oktyabr 2021

Beynəlxalq Futbol Birliyi Qurumu (IFAB) futbol matçlarındakı fasiləni artırmağı müzakirə edəcək.

 

Sportal.az xəbər verir ki, Cənubi Amerika Futbol Federasiyası (CONMEBOL) IFAB-dan 15 dəqiqəlik fasiləni 25 dəqiqəyə uzatmadılması istəyib.

 

ESPN nəşrinin məlumatına görə, 25 dəqiqəlik fasilə qərarı qəbul edilsə, bu müddət ərzində əyləncə xarakterli şoular göstəriləcək və əlavə gəlir əldə ediləcək.

 

IFAB bu məsələni oktyabrın 27-də müzakirə edəcək.

Xəbər xətti