"Hər futbolçu əsas heyətdə oynamaq istəyir, amma məşqçilərin qərarına hörmətlə yanaşıram"

14:35 - 19 Oktyabr 2021

"Oyunun çətin olacağını onsuzda öncədən bilirdik. Belə, yaxşı alındı oyun. Əsasən də 2-ci hissədə hücumlarımız kəsərli idi, tez-tez hücumlar edirdik. Qol vurduğum üçün sevinirəm. Əsas odur ki, uduzmadıq. 

"Ağır oyundan 1 xal götürə bildik. Çox heyfslənirəm ki, o qədər qol epizodları boşa verdim. Daha çox çalışacam ki, həmin qol epizodlarını növbəti dəfə dəyərləndirə bilim".

​Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin forvardı Ülvi İsgəndərov deyib.

​Bölgə klubunun hücumçusu Premyer Liqanın 7-ci turunun "Zirə" ilə görüşdə də fərqlənərək komandasına 1 xal qazandırıb. İsgəndərov əsas heyətdə oynamaq istəyindən danışıb: "Hər futbolçu əsas heyətdə oynamaq istəyir. Ancaq məşqçilərin qərarına hörmətlə yanaşıram. Sonradan meydana daxil olub, qol vurmağım fart kimidi? Məncə, fart deyilən bir şey yoxdu. Bizim komandada fart anlayışı yoxdu, sadəcə qismət bu cürdü ki, meydana sonradan daxil olub qol vururam".

Xəbər xətti