Millimizin üzvü "Sportinq"ə qarşı 90 dəqiqə oynadı

17:45 - 19 Oktyabr 2021

UEFA Gənclər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, C qrupunda Türkiyənin "Beşiktaş" klubu Lissabon "Sportinq"ini qəbul edib. Qarşılaşma Portuqaliya təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Azərbaycanın 19 yaşlılardan ibarət komandasının üzvü Berkay Vardar da bu görüşün iştirakçısı olub. 90 dəqiqə meydanda olan 18 yaşlı yarımmüdafiəçi komandasının məğlubiyyətinə mane ola bilməyib.

Xəbər xətti