"Qalatasaray"ın qapıçısı Fernando Muslera Uruqvay millisindəki karyerasını başa vuracağı tarixi açıqlayıb.
Sportal.az xəbər verir ki, 35 yaşlı qolkiper 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra yığmadan gedəcəyini deyib. O, bundan sonra diqqətini klub karyerasına və ailəsinə həsr edəcəyini vurğulayıb.
Muslera 2009-cu ildən Uruqvayın əsas millisinə dəvət alır.
saytlarin hazirlanmasi