Volkov oynadı, Gürcüstan İsveçi məğlub yola saldı - VİDEO

23:23 - 11 Noyabr 2021

"Zirə"nin futbolçusu David Volkov ilk dəfə çağırıldığı Gürcüstan millisində debüt edib.

 

Sportal.az xəbər verir ki, o, İsveçə qarşı DÇ-2022-nin seçmə mərhələ matçında meydanda olub. Volkov komandasının 2:0 hesablı qələbə qazandığı matçın 70-ci dəqiqəsində - hesab 1:0 olarkən meydana buraxılıb.

 

Gürcüstan millisi 8 matçda 7 xal toplayaraq B qrupunu 5 komanda arasında 4-cü pillədə başa vurub.

 

Gürcüstan - İsveç - 2:0

Qollar: Xviça Kvaratsxeliya, 61, 77

 

Xəbər xətti