"Vacib qələbə qazandıq. Rəqib azlıqda qaldıqdan sonra matça nəzarət tamamilə əlimizə keçdi. Ancaq bu üstünlüyü tez zamanda qolla nəticələndirə bilmədik".
Sportal.az xəbər verir ki, bu fikirləri Lüksemburq yığmasının qapıçısı Ralf Şon Bakıda Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Lessentiel" nəşrinə açıqlamasında deyib.
31 yaşlı qolkiper səfər qələbəsinin həmişə xüsusi olduğu bildirib: "İrlandiya ilə sonuncu görüşdə yaxşı nəticə əldə edərək, qrupu üçüncü pillədə başa vurmaq istəyirik".
9 xala malik Lüksemburq yığması A qrupunda 3-cü pillədə qərarlaşıb. Azərbaycan millisi isə seçmə mərhələni 1 xalla sonuncu - 5-ci sırada başa vurub.
saytlarin hazirlanmasi