Kevin De Brüyne: "Eden Hazardın durumu üzücüdür"

19:19 - 13 Noyabr 2021

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne Belçika millisində komanda yoldaşı olan Eden Hazard barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, hazırda "Real"da çıxış edən futbolçunun indiki vəziyyətinə üzüldüyünü deyib:

 

"Birlikdə oynadığım futbolçunu belə görmək xoş deyil. Hazard ilk dəfədir meydanlardan bu qədər uzaq qalıb. Zədələri çox oldu, amma ona inanıram. Hazard hələ də fərq yaradacaq futbolçudur".

 

Hazard bu mövsüm "Real"da keçirdiyi 11 oyunda 1 məhsuldar ötürmə edib.

Xəbər xətti