"Serbiya xalqı bu zəfərlə qürur duymalıdır"

19:19 - 15 Noyabr 2021

Portuqaliyanı səfərdə məğlub edərək (2:1) dünya çempionatına birbaşa vəsiqə qazanan Serbiya millisinin kapitanı Duşan Tadiç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi qazandıqları uğur barədə danışıb:

 

"Karyeramda 2-ci dəfə dünya çempionatının həyəcanını yaşayacağam. Buna görə çox xoşbəxtəm. Portuqaliyanı məğlub edəcək səviyyədə olduğumuzu göstərmək istədik və bunu da bacardıq. Serbiya xalqı bu zəfərlə qürur duymalıdır".

Xəbər xətti