Cerrardın əvəzinə Kuman?

19:48 - 15 Noyabr 2021

“Barselona”dan ayrılan Ronald Kuman karyerasını Şotlandiyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssisin adı “Reyncers” klubu ilə hallanır. Qlazqo təmsilçisi 58 yaşlı mütəxəssisi baş məşqçi postuna namizədlər siyahısına əlavə edib.

 

 

"Reyncers"i bundan əvvəl Stiven Cerrard çalışdırırdı. İngilis mütəxəssisin "Aston Villa"ya təyinatından sonra komandanın yeni baş məşqçisi məlum olmayıb.

Xəbər xətti