Portuqaliyanı səfərdə məğlub edərək (2:1) dünya çempionatına birbaşa vəsiqə qazanan Serbiya millisinin hücumçusu Aleksandr Mitroviç açıqlama verib.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu qazandıqları uğur barədə danışıb:
"Xoşbəxtliyimi, qürurumu, sevincimi bölüşəcək söz tapa bilmirəm. Portuqaliyadan böyük zəfərlə qayıdırıq. Portuqaliyanı məğlub etdik və dünya çempionatına yollanırıq. Məncə, təqdirəlayiq uğur qazandıq. İnanılmaz hisslər yaşayıram".
Mitroviç oyunun son dəqiqəsində komandasını mundiala aparan qolun müəllifi olub.
saytlarin hazirlanmasi