"Qalatasaray"ın stadionunda kran aşdı, xəsarət alanlar var

15:22 - 23 Noyabr 2021

"Qalatasaray"ın ev oyunlarını keçirdiyi stadionun girişində kran aşıb.

 

Sportal.az xəbər verir ki, "NEF Stadionu"nun girişində iş görən kranın aşması nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

 

Kranın hadisəin baş verdiyi yerdən çıxarılması üçün işlər görülür.

 

Resim

Xəbər xətti