"Tottenhem"in argentinalısı üçün il başa çatdı

19:16 - 2 Dekabr 2021

"Tottenhem"in zədəli futbolçusu Kristian Romeronun durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, argentinalı müdafiəçi ilin sonuna kimi oynamayacaq. Bu barədə London təmsilçisinin baş məşqçisi Antonio Konte məlumat verib. Romero 2022-ci ilin fevralında yaşıl meydanlara qayıda biləcək.

 

23 yaşlı futbolçu Argentina millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Braziliya ilə keçirdiyi matçda (0:0) zədələnib.

 

Qeyd edək ki, Kristian Romero bu mövsüm "Tottenhem" forması ilə 13 qarşılaşmada meydana çıxıb.

Xəbər xətti