"Tottenhem" "Brentford"dan güclü oldu - VİDEO

11:53 - 3 Dekabr 2021

İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Tottenhem" doğma meydanda "Brentford"u qəbul edib. Qarşılaşma London təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 22-yə yüksəldən "Tottenhem" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 16 xalı olan "Brentford" isə 12-cı sıradadı.

 

"Tottenhem" - "Brentford" 2:0

Qollar: Ben Devis, Serji Kanos, 12 (avtoqol), Min Son, 65

 

Xəbər xətti