"Mançester Yunayted"in futbolçusu Aaron Van-Bissaka sürücülük hüququndan məhrum edilib.
Sportal.az xəbər verir ki, ingilis müdafiəçi sürət həddini aşdığı və sığortasız avtomobil idarə etdiyi üçün 6 aylıq sürücülük hüququndan məhrum edilib. 24 yaşlı futbolçu bununla yanaşı, 30 min funt-sterlinq məbləğində cərimələnib.
Qeyd edək ki, Van-Bissaka bu mövsüm "Mançester Yunayted"in heyətində 18 oyunda meydana çıxıb və 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi