Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" Antalya toplanışı çərçivəsində Macarıstanın "Pakş" və Ukraynanın "Zarya" klubu ilə 1:1 hesablı heç-heçə edib.
saytlarin hazirlanmasi