Rusiya ilə Ukrayna arasında yaranan gərginlik ərəfəsində Türkiyədə təlim məşq-toplanışında olan Kiyev “Dinamo”su fərqli addım atıb.
Sportal.az xəbər verir ki, komanda Antalyadan ayrılmamağa qərar verib. Baş məşqçi Mirça Luçesku bir neçə günlük ölkəsi Rumıniyaya gedib və tezliklə o da Türkiyəyə qayıdacaq.
“Dinamo” ikinci qərar verilənə qədər Antalyada toplanışını davam etdirəcək.
Ukraynada mövsümün ikinci hissəsinin fevralın 25-də başlaması planlaşdırılıb.
saytlarin hazirlanmasi