"Lester Siti"nin hücumçusu Ceymi Vardi yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, 35 yaşlı forvard buna Premyer Liqanın "Bernli" ilə matçında nail olub.
Komandasının 2:0 hesablı qələbə qazandığı oyunun 90-cı dəqiqəsində fərqlənən İngiltərə millisinin üzvü 30 yaşından sonra çempionatda vurduğu qolların sayını 94-ə çatdırıb. Təcrübəli qolçu bu göstəricidə "Arsenal"ın keçmiş futbolçusu İan Raytı qabaqlayıb. Rayt 30 yaşdan sonra 93 qol vurmağı bacarmışdı.
Qeyd edək ki, Ceymi Vardi bu mövsüm Premyer Liqada meydana çıxdığı 17 oyunda 10 qol vurub.
saytlarin hazirlanmasi