"Çelsi"nin satışı hələ ki, baş tutmayacaq.
Sportal.az xəbər verir ki, İngiltərə hökuməti aralarında London klubu da olmaqla Roman Abramoviçin bütün aktivlərini dondurub. Məlumatı yerli mətbuat yayıb.
Bu səbəbdən də hazırda "Çelsi"nin satışı baş tutamayacaq. Klub xüsusi lisenziya ilə fəaliyyətini davam etdirə biləcək.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviç "Çelsi"ni satmaq qərarı vermişdi.
saytlarin hazirlanmasi