İngiltərə hökumətinin qərarı "Çelsi"ni çətin vəziyyətə saldı

15:50 - 10 Mart 2022

İngiltərə hökuməti "Çelsi"ni satmaq qərarı verən Roman Abramoviçin bütün aktivlərinin dondurulması qərarı verib.

 

Sportal.az xəbər verir ki, bu qərar London təmsilçisinin fəaliyyətini dayandırmasa da kluba ziyansız da ötüşməyəcək. Belə ki, "Çelsi" yeni oyunçu transfer edə, öz futbolçuları ilə yeni müqavilə imzalaya, bilet satışı həyata keçirə bilməyəcək.

 

Lakin klub oyunularına və işçilərinə maaşları isə ödəyə biləcək. "Stemford Bridc" stadionu öz fəaliyyətini davam etdirəcək, stadiona illik abunə olan azarkeşlərin də matçları izləmək hüququ olacaq.

Xəbər xətti