"Nike" şirkəti "Çelsi" ilə əməkdaşlığı dayandırmaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Buna səbəb Böyük Britaniya hökumətinin klubun sahibi Roman Abramoviçə tətbiq etdiyi sanksiyalardır.
"Nike" ilə London klubu arasında razılaşma 2016-cı ildə imzalanıb. "Zadəganlar" bu sözləşmə ilə 15 ilə 1 milyard avro qazanmalı idi. Müqavilə ləğv olunsa, klubun itkisi 600 milyon avroya yaxın olacaq.