Yurgen Klopp: "Hökumətin "Çelsi" ilə bağlı qərarlarının doğru olduğunu düşünürəm"

13:37 - 12 Mart 2022

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis "Çelsi"nin üzləşdiyi vəziyyətlə bağlı danışıb. Klopp İngiltərə hökumətinin atdığı addımları dəstəklədiyini bildirib:

 

"Bu sualın mənə verilməsi ədalətli deyil. Roman Abramoviçin pulunun haradan gəldiyi bəllidir. Bunu hamı bilirdi. Ancaq hamımız qəbul etdik. Bu, "Çelsi"nin yox, bütün cəmiyyətin səhvidir. "Çelsi"dəki insanlar və azarkeşlər üçün bu vəziyyət yaxşı deyil, anlayıram. Ancaq hökumətin etdiklərinin doğru olduğunu düşünürəm".

 

Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərə hökuməti "Çelsi"nin rusiyalı sahibi Roman Abarmoviçin aktivləri dondurulub, "Çelsi"yə aid olan hesablar bağlanıb. Bu səbəbdən klubun fəaliyyətində böyük çətinliklər yaranıb.

Xəbər xətti