"Mançester Yunayted"də şok itki: "Tottenhem"ə qarşı oynamayacaq

15:59 - 12 Mart 2022

İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində "Tottenhem"lə qarşılaşacaq "Mançester Yunayted"in heyətində şok itki baş verib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın qapıçısı David De Xea koronavirusa yoluxub. COVİD-19 testinin nəticəsi müsbət çıxan ispaniyalı "əlcək sahibi" karantinə alınıb. 

 

Qeyd edək ki, "Mançester Yunayted" - "Tottenhem" görüşü bu gecə Bakı vaxtilə saat 21:30-da baş tutacaq.

Xəbər xətti