"Çelsi"nin sahibi olan rusiyalı iş adamı Roman Abramoviçə sanksiyalar tətbiq olunandan sonra klubun fəaliyyətində müəyyən problemlər yaranıb.
Sportal.az xəbər verir ki, bu mövzu ilə bağlı London təmsilçisinin yarımmüdafiəçisi Kay Haverts açıqlama verib. Almaniyalı futbolçu oyunlara getmək üçün təyyarə bileti almağa hazır olduğunu bildirib:
"Klubum matça getmək üçün təyyarə bileti ala bilməyəcəksə, mən alaram, problem deyil. Bu, komandadakı heç kim üçün problem sayılmır. Vacib olan oyunlara gedə bilməkdir. Dünyada matça təyyarə və ya avtobusla getməkdən daha böyük problemlər var".
Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərə hökumətinin qərarı ilə "Çelsi"nin rusiyalı sahibi Roman Abarmoviçin aktivləri dondurulub, "Çelsi"yə aid olan hesablar bağlanıb. Bu səbəbdən klubun fəaliyyətində böyük çətinliklər yaranıb.
saytlarin hazirlanmasi