İngiltərə Premyer Liqasının təxirə salınmış XVI turunun "Brayton" - "Tottenhem" oyunu (0:2) qonaq komandanın hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, londonluların ikinci qoluna imza atan forvard Premyer Liqada səfər matçlarında ən çox fərqlənən futbolçu olub. O, 139 oyunda 95 qol vurub.
İngiltərə millisinin üzvü bu göstəricidə Ueyn Runini qabaqlayıb. Keçmiş hücumçu 243 səfər oyununda 94 dəfə fərqlənməyi bacarmışdı.
Keyn bu mövsüm "Tottenhem"in heyətində 27 oyun keçirib, 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi