"Mançester Yunayted"in qapıçısı Pol Vulston peşəkar karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, ingiltərəli qolkiper zədə səbəbindən futbolla 23 yaşında vidalaşmalı olub. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Pol Vulston 2018-ci ildə “qırmızı şeytanlar”a keçib və U-23 komandasında çıxış edib. O, cari mövsümdə 24 matçda meydana çıxıb. Gənc qapıçı "Mançester Yunayted"in əsas komandada debüt etməyib.
saytlarin hazirlanmasi