İngiltərənin "Aston Villa" klubunu çalışdıran Stiven Cerrard "Barselona"nın baş məşqçisi Xavi haqda danışıb.
Sportal.az xəbər verir ki, "Liverpul"un əfsanəvi futbolçusu Kataloniya təmsilçisinin ispaniyalı mütəxəssisi komandanın sükanı arxasına gətirməsinin doğru qərar olduğunu bildirib:
"Barselona" komandanın baş məşqçisi postuna Xavini gətirməklə çox düzgün iş gördü. Onun ruhunda "Barsa" var. Çox böyük futbolçu idi, klubun fəlsəfəsini bilir. Görünən odur ki, çətin günlər geridə qalır. Bir "Barselona" azarkeşi olaraq onların geri qayıtdığını görmək çox gözəldir".
saytlarin hazirlanmasi