Premyer Liqa klubu zədələnən futbolçunu göndərdi

17:04 - 8 Aprel 2022

İngiltərənin "Norviç Siti" klubunda icarə əsasında çıxış edən Ozan Kabak "Şalke"yə qayıdacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Din Smit məlumat verib. 51 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə verdiyi açıqlamada zədə səbəbindən mövsümü başa vuran türkiyəli müdafiəçinin "Şalke"yə qayıdacağını bildirib.

 

Qeyd edək ki, Ozan Kabak Türkiyə millisinin İtaliya ilə keçirdiyi yoldaşlıq oyununda zədələnib.

 

"Norviç Siti" Ozan Kababı "Şalke"dənbir illik icarəyə götürmüşdü. 22 yaşlı mərkəz müdafiəçisi İngiltərə klubunun heyətində 13 matçda meydana çıxıb.

Xəbər xətti