İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində çempionluq uğrunda mübarizə aparan "Liverpul" və "Mançester Siti" üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, matç ərəfəsində "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp rəqin həmkarı haqda açıqlama verib. O, Pep Qvardiolanın dünyanın ən yaxşı baş məşqçisi olduğunu bildirib.
"Mançester Siti"nin çalışdırıcısı Yurgen Kloppun fikirləri ilə bağlı danışıb. İspan mütəxəssis dünyanın ən yaxşısı olmadığını bildirib:
"Yurgen Kloppa xoş sözlərinə görə təşəkkür edirəm. Amma dünyanın ən yaxşısı mən deyiləm".
30 turdan sonra 73 xal toplayan "Mançester Siti" Premyer Liqanın lideridir. "Liverpul" isə "şəhərlilər"dən bir xal az toplayıb və ikinci pillədədir.
Qeyd edək ki, "Mançester Siti - "Liverpul" qarşılaşması aprelin 10-da Bakı vaxtilə saat 19:30-da baş tutacaq.
saytlarin hazirlanmasi