"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah klubu ilə yeni müqavilə imzalayıb-imzalamayacağı haqda danışıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu Premyer Liqa təmsilçisinin təklifinə cavab vermədiyini bildirib:
"İnsanların müqaviləmlə bağlı bilmədiyi çox şey var. Komanda üçün ən vacib dövrdəyik. Buna görə də yeni müqavilə mövzusunda cavab verə bilmərəm".
Qeyd edək ki, Məhəmməd Salahın "Liverpul"la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Təcrübəli futbolçu cari mövsümdə İngiltərə klubunun heyətində meydana çıxdığı 38 oyunda 28 qol və 10 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi