"Çelsi" Çempionlar Liqası 1/4 final mərhələsinin "Real"la cavab oyununa ciddi itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Romelu Lukaku vacib matçda komandasına kömək edə bilməyəcək. Bu barədə "zadəganlar"ın baş məşqçisi Tomes Tuxel məlumat verib. Alman mütəxəssisin sözlərinə görə, 30 yaşlı forvard zədə səbəbindən oynamayacaq.
Lukakudan başqa Ross Berkli, Kallum Hadson-Odoy və Ben Çilvel də "Real"la oyunda meydana çıxmayacaq. Koronavirus səbəbindən Premyer Liqada "Sauthempton"la görüşü buraxan Sezar Asplikuetanın test nəticəsi neqativ çıxıb və ispaniyalı müdafiəçi Madridə aparılıb.
Qeyd edək ki, "Real" - "Çelsi" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək. Bu komandalar arasında İngiltərədə keçirilən görüş "kral klubu"nun 3:1 hesablı qələbəsiylə başa çatıb.
saytlarin hazirlanmasi