Ronaldonun oğlu vurduğu qola atası kimi sevindi - VİDEO

20:43 - 14 Aprel 2022

“Mançester Yunayted”in  hücumçusu Kriştiano Ronaldonun oğlu Junior Ronaldo İngiltərə klubunun aşağı yaş qruplarında oyuna çıxıb.

 

Sportal.az xəbər verir ki, o, klubun U-12 komandası ilə birgə beynəlxalq turnirdə iştirak edib. 

 

Qrup mərhələsinin oyunlarından birində "Mançester Yunayted"in rəqibini 5:0 hesabı ilə məğlub edib. Kiçik Ronaldo həmin görüşdə fərqlənib və atasının məşhur qol sevincini təkrarlayıb.

 

Xəbər xətti