Premyer Liqa klubu baş məşqçini istefaya göndərdi

14:23 - 15 Aprel 2022

İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Börnli" Şon Dayçla yollarını ayırıb. Məlumatı Premyer Liqa təmsilçisinin rəsmi saytı yayıb.

 

50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Şon Dayçla birlikdə onun köməkçiləri İan Voan, Stiv Stoun və Billi Merkerin də işinə son verilib.

 

Şon Dayç 2012-ci ildən "Börnli"nin baş məşqçisi postunda idi. Komanda hazırda İngiltərə Premyer Liqasında 24 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti