"Tottenhem"in hücumçusu Harri Keyn maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, ingiltərəli forvard komanda yoldaşı Hyunq-Min Son haqda danışıb. O, cənubi koreyalı futbolçu ilə bir-birilərini çox yaxşı başa düşdüklərini deyib:
"Həyat yoldaşım Hyunq-Min Sonu qısqana bilər. Düzdür, heç nə demir, amma desə də, təəccüblənmərəm. Son ilə həyat yoldaşımdan daha çox vaxt keçirdiyimi deyə bilərəm. Onunla çox yaxşı münasibətimiz var. Bunu meydanda da görə bilərsiniz".
Harri Keyn cari mövsümdə İngiltərə Premyer Liqasında 12 qol 8 qol ötürməsi ilə yadda qalıb. Son isə 17 qol və 6 asistlik performans göstərib.
saytlarin hazirlanmasi