İngiltərə Premyer Liqasına yüksələn ilk komanda məlum olub.
Sportal.az xəbər verir ki, bu, "Fulhem"dir. Komandanın Çempionşipdə mövsümün bitməsinə 3 tur qalmış elitaya yüksəlməsi dəqiqləşib.
London təmsilçisi çempionatın 43-cü turunda "Preston"u 3:0 hesabı ilə məğlub edərək Premyer Liqaya vəsiqəni təmin edib. Xallarını 86-ya yüksəldən "Fulhem" 73 xalla 3-cü yerdə gedən "Haddersfild"13 xal qabaqlayır.
Qeyd edək ki, "Fulhem" 2020/2021-ci il mövsümündə Premyer Liqada 18-ci yeri tutaraq Çempionşipə yuvarlanmışdı.
saytlarin hazirlanmasi