"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 30-cu turundan təxirə salınmış oyunda "Liverpul"a 0:4 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "qırmızı şeytanlar"ın baş məşqçisi Ralf Ranqnik açıqlama verib. Almaniyalı mütəxəssis komandanın yenidən qurulmalı olduğunu bildirib:
"Bu komandanın yenidən inşa edilməsi lazımdır. "Liverpul"la oyun yenidən planlamanın vacib olduğunu bizə sərt formada göstərdi. Onların bizdən 6 il öndə olduğunu qəbul etməyə məcburuq. "Liverpul"un hazırda sahib olduğu heyəti Yurgen Kloppun komandaya gəldiyi zaman təhvil aldığı heyətlə müqayisə edin".
saytlarin hazirlanmasi