İngiltərə Premyer Liqasının XXX turunun “Mançester Siti” – “Brayton” matçı (3:0) meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Bruyne üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, belçiaklı oyunçu "şəhərlilər"də 300-cü oyununa çıxıb. O, bu görüşlərdə 81 qol vurub, 116 məhsuldar ötürmə edib.
30 yaşlı futbolçu 2015-ci ilin avqustunda"Volfsburq"dan "Mançester Siti"yə transfer olunub.