"Mançester Yunayted"in futbolçusu bomba ilə təhdid olundu

18:02 - 21 Aprel 2022

"Mançester Yunayted"in kapitanı Harri Maquayr ölüm təhdidləri alır.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin oyunundan narazı qalan azarkeşlər onu ölümlə hədələyir.

 

Bu gün ingiltərəli futbolçuya evinə bomba qoyuldduğu ilə bağlı məktub göndərilib. Polis, xilasedicilər və itlərlə Maquayrın həyat yoldaşı və iki qızı ilə birlikdə yaşadığı malikanədə axtarış aparılıb. Lakin evdə bomba tapılmayıb.

 

Harri Maquayr cari mövsümdə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 32 matçda 2 qol vurub.

Xəbər xətti