"Mançester Yunayted" azarkeşləri kapitana görə kampaniya başlatdı

12:30 - 22 Aprel 2022

"Mançester Yunayted" azarkeşləri komandanın kapitanı Harri Maquayrın oyunundan narazıdır.

 

Sportal.az xəbər verir ki, fanatlar 29 yaşlı müdafiəçidən kapitanlığın geri alınmasını tələb edir. Azarkeşlər bunun üçün imza kampaniyası başladıb. Hazırda 35 mindən çox insan imza verib.

 

Qeyd edək ki, Harri Maquayr son günlər ölüm təhdidləri də alır. Dünən isə ingiltərəli futbolçinun evinə bomba qoyulması ilə bağlı xəbər yayılmışdı.

Xəbər xətti