Çempionlar Liqası: "Liverpul" "Vilyarreal"a qarşı

10:50 - 27 Aprel 2022

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutacaq. "Liverpul" doğma meydanda "Vilyarreal"ı qəbul edəcək. "Enfild Road"da oynanılacaq görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.

 

Qeyd edək ki, ilk yarımfinal matçında dünən"Mançester Siti"  Madrid "Real"ını 4:3 hesabı ilə məğlub edib. Bu mərhələnin cavab oyunları 3-4 may tarixlərində keçiriləcək.

 

Çempionlar Liqası, yarımfinal

"Liverpul" - "Vilyarreal"

Xəbər xətti