Qvardiola: "8:0 hesabı bizim üçün daha yaxşı olardı"

11:56 - 27 Aprel 2022

"Mançester Siti" Çempionlar Liqası yarımfinal mərhələsinin ilk oyununda doğma meydanda "Real"ı 4:3 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola açıqlama verib. İspaniyalı mütəxəssis yaxşı oynadıqlarını bildirib:

 

"Yaxşı oyun oldu. Əminəm ki, matçı izləyən hər kəs zövq aldı. Finala yüksəlmək üçün Madriddə yaxşı oynamağımız vacibdir. Əlimizdən gələn hər şeyi etdik. Çox yaxşı oynadıq, amma təəssüf ki, səfərə cəmi bir qolluq üstünlüklə gedirik. Madriddə möhtəşəm atmosfer olacaq və işimiz asan olmayacaq. Amma meydanda hər şeyimizi verəcəyik. Hamımız əyləndik. Təbii ki, 8:0 hesabı bizim üçün daha yaxşı olardı".

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 4 may tarixində, Bakı vaxtilə saat 23:00-da Madridin "Santiaqo Bernabeu Stadionu"nda baş tutacaq.

Xəbər xətti