UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Liverpul" və "Vilyarreal" komandaları üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında baş məşqçilər açıqlama verib. Hər iki mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq:
Unay Emeri (Vilyerreal"): "Yuventus" və "Bavariya" kimi komandaları mübarizədən kənarlaşdırdıq. "Liverpul" bizə hörmətlə yanaşacaq. Bu mərhələyə kimi oynadığımız bütün matçlardan daha çətin bir oyuna çıxacağıq. Qarşımda gördüyüm mükəmməl komanda mənə qüsursuz oyun oynamaq əlavə üçün motivasiya verir".
Yurgen Klopp ("Liverpul"): "Yuventus" və "Bavariya"nın "Vilyarreal"a ciddi yanaşmadığına görə nələrin baş verdiyini gördük. Biz belə etməyəcəyik. "Barselona" ilə oyuna bənzər atmosferə və performansa ehtiyacımız var. Yarımfinal oyunları çətin olur. Bizi asan matç gözləmir".
Qeyd edək ki, "Liverpul" - "Vilyarreal" qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da "Enfild Road"da baş tutacaq.
saytlarin hazirlanmasi