Benzema "Panenka" haqda danışdı: "Çox soyuqqanlı idim"

16:13 - 27 Aprel 2022

"Real"ın hücumçusu Kərim Benzema Çempionlar Liqası yarımfinal mərhələsinin "Mançester Siti" ilə oyunu (3:4) haqda danışıb.

 

Sportal.az xəbər veri ki, 34 yaşlı hücumçu cavab görüşündə qələbə qazanacaqlarını deyib:

 

"Çempionlar Liqasını sevirik, əsla təslim olmayacağıq. "Santiaqo Bernabeu Stadionu"nda bir sehrə ehtiyacımız var, qələbə qazanacağıq. Panenka penaltisinə gəlincə isə, özümə çox güvənirəm. Bütün qapıçılar penalti zərbələrimə hazırlaşırlar. Ona görə də bu dəfə dəyişiklik etdim. Çox soyuqqanlı idim və qola çevirdim".

Xəbər xətti