İngiltərənin "Blekbörn Rovers" klubu müsəlman azarkeşləri üçün jest edib.
Sportal.az xəbər verir ki, Çempionşip təmsilçisi bayram namazı qılmaq üçün stadionun qapılarını azarkeşlərin üzünə açıb. "Evud Park" stadionuna namaz qılmaq üçün xeyli sayda insan gəlib.
"Mavi-ağlar"ın tvitter hesabından edilən paylaşımda Ramazan bayramında stadionda namaz qıldıran ilk İngiltərə klubu olduqları qeyd olunub.
Qeyd edək ki, "Blekbörn Rovers" İngiltərə Çempionşipdə 45 turdan sonra topladığı 66 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi